Azərbaycan millisinin üzvü Rusiya çempionatında debüt etdi

11:13 - 29 Aprel 2022

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Rusiyanın "Torpedo" klubunda debüt edib.

Sportal.az xəbər verir ki, o, Super Liqanın 1/4 final mərhələsinin ikinci oyunu olan "Qazprom Yuqra" matçda oynayıb. Ancaq Rövşənin komandası 3:8 hesabı ilə məğlub olub.

İlk qarşılaşmada "Torpedo" 5:3 qalib gəlmişdi. Hazırda komandalar arasında ümumi hesab 1:1-dir.

Xəbər xətti