"Şamaxı" Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda "Səbail"lə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Əliyev açıqlama verib:
- Azarkeşləri qələbə ilə sevindirə bilmədiyimizə görə məyusam. Amma sevinirəm ki, 10 gün ərzində komandada dəyişiklik edə bilmişəm. İlk gündən hücum futbolu oynatmaq istəmişəm. Bu gün də bunun şahidi olduq. Qol vura bilmədiyimizə görə məyus oluram. Bəxtimiz gətirmədi. Ardıcıl acı məğlubiyyətlərdən sonra komandada ruh düşkünlüyü var idi. İlk gündən futbolçularla söhbət edirdim ki, bunu unudaq, növbəti oyunlara baxmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. Çətin psixoloji durumdan tamamilə çıxdılar. Gələcək matçlarda bundan da yaxşı oyun gözləyirəm.
saytlarin hazirlanmasi