Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Reyncers"dən Ceyms Tavernye yarımfinal mərhələsinin cavab oyunlarının ən yaxşısı seçilib. O, "Vest Hem"dən Deklan Rays, "Leypsiq"dən Kristofer Nkunku və "Ayntraxt"dan Evan Ndickanı qabaqlayıb.
31 yaşlı müdafiəçi "Leyptsiq" 3:1 hesabı ilə qalib gəldikləri görüşdə komandasının ilk qolunu vurub.