Azərbaycanlı futbolçuların komandası məğlub oldu

Latviya çempionatında XXII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.

Komanda səfərdə “Valmiera” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı futbolçu 65-ci dəqiqədə sarı vərəqə də alıb. Asim isə sonadək ehtiyatda qalıb.

“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 12 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Tarix: 10 May [12:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio