"Qalatasaray" Fransa klubunun 7 milyonluq təklifini qəbul etmədi

13:26 - 13 May 2022

Fransanın "Lion" klubu "Qalatasaray"ın hücumçusu Kerem Aktürkoğlunu heyətinə qatmaq istəyir.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi 23 yaşlı futbolçu üçün "sarı-qırmızılar"a rəsmi təklif göndərib.

 

İstabul klubu "Lion"un 7 milyon avroluq təklifini qəbul etməyib. "Qalatasaray" Türkiyə millisinin üzvünü 15 milyon avrodan aşağı qiyməyə satmağı düşünmür.

 

Kerem Aktürkoğlu cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 48 oyunda 12 qol və 9 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti