"Turan Tovuz"un forvardı Famil Camalov karyerasını ölkə xaricində davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, Slovakiyanın "Slovan Duslo" klubu 24 yaşlı hücumçu ilə maraqlanır.
Adıçəkilən klub azərbaycanlı hücumçunu bir illik heyətinə qatmaq niyyətindədi. Camalov "Turan Tovuz"da qalacağı və Premyer Liqada oynayacağı təqdirdə Slovakiyaya yollanmayacaq. Belə olmayacağı halda isə forvard Slovakiya təmsilçisindən gələn təklifi dəyərləndirəcək.