Balotelli A Seriyasına qayıda bilər

15:12 - 18 May 2022

Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən Mario Balotelli yenidən İtaliyaya qayıda bilər.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə "Spetsiya" klubu yaxından maraqlanır. İtaliya mətbuatının yazdığına görə, A Seriyası təmsilçisi təcrübəli forvard üçün "mavi şimşəklər"ə 5 milyon avro ödəməyə hazırdı.

 

Mario Balotelli "Adana Demirspor"a mövsümün əvvəlində azad agent statusu ilə keçib. İtaliyalı qolçu Super Liqa klubunun heyətində meydana çıxdığı 32 rəsmi matçda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti