Azərbaycan millisindən Litva üzərində növbəti qələbə

20:14 - 20 May 2022

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə bu gün növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Komandamızın heyətində Ramil Əliyev, Emin Mehdiyev, Elçin Qasımov və Sabir Allahquliyev fərqləniblər.

​Bu komandalar arasında növbəti oyun sabah keçirəcək. Ötən gün baş tutan ilk oyunda yığmamız penaltilərlə qalib gəlmişdi (əsas vaxt 1:1, penaltilər 5:4).

Xəbər xətti