Fransa klubları "Mançester Yunayted"in futbolçusu üçün mübarizə aparır

21:36 - 20 May 2022

"Mançester Yunayted"in müdafiəçisi Erik Beyli komandadan ayrılmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, heyətə düşməkdə çətinlik çəkən 28 yaşlı futbolçu daha çox forma şansı qazanacağı kluba getmək istəyir.

 

Fil Dişi Sahili millisinin üzvü ilə Fransa klubları yaxında maraqlanır. "Qırmızı şeytanlar"la 1 illik müqaviləsi olan təcrübəli mərkəz müdafiəçisinin transferi üçün "Lion" və "Marsel" mübarizə aparır. Futbolçuya İtaliya və İspaniyadan da təkliflər var.

 

Erik Beyli "Mançester Yunayted"ə 2016-cı ilin yayında "Vilyarreal"dan keçib. O, cari mövsümdə İngiltərə təmsilçisinin heyətində 7 matçda meydana çıxıb.

Xəbər xətti