"Liverpul"un zədəliləri komandaya qoşuldu

13:23 - 21 May 2022

İngiltərə Premyer Liqasının son turunda "Vulverhempton"la qarşılaşacaq "Liverpul" bu matçın hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin zədəli futbolçuları Vircil Van Deyk və Məhəmməd Salah da məşqlərə başlayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, hər iki oyunçu kollektivlə məşqlərə qoşulub.

 

"Liverpul" - "Vulverhempton" qarşılaşması sabah Bakı vaxtilə saat 19:00-da baş tutacaq.

Xəbər xətti