Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" qapıçı axtarışına çıxıb.
Sportal.az saytının məlumatına görə, Qərb təmsilçisi qapını komandanın sabiq kiperi Kamal Bayramova tapşırmaq istəyir.
Tovuz klubunun rəhbərliyi mövsümü "Şamaxı"da başa vuran təcrübəli kiperlə danışıqlara başlayıb. 36 yaşlı qapıçı karyerası ərzində “Turan Tovuz”, “Xəzər Lənkəran”, “Zirə”, “Səbail” klublarında oynayıb.