"Sabah" paraqvaylı forvardla yollarını ayırdı

15:39 - 25 May 2022

"Sabah" Xulio Rodriqeslə yollarını ayırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi paraqvaylı ilə mövsüm sonunda başa çatan müqavilə müddətini yenilənməyib.

Forvard 2020-ci ildən "Sabah"da çıxış edirdi. Paytaxt klubu Rodriqesdən əvvəl Slavik Alxasov, Spiro Periçiçlə yollarını ayırmışdı.

Xəbər xətti