Federasiya legioner limiti ilə bağlı qərar verdi

12:20 - 19 İyun 2022

Türkiyə Futbol Federasiyası legioner limiti ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Super Liqada limitdə əvvəlki mövsümlə müqayisədə heç bir dəyişiklik edilməyib. Komandalar start heyətdə 8 əcnəbi futbolçu oynada biləcək. Matçın iştirak ərizəsinə isə 14 legionerin adı daxil edilə bilər.

 

Türkiyə I Liqasında da əvvəlki mövsümdə olduğu kimi qarşılaşmanın start heyətində 5 legioner oynaya bilər. Ehtiyatda isə 2 türk olmayan futbolçunun oturmağına icazə verilib.

Xəbər xətti