"Hapoel" "Qarabağ"ın legionerini transfer etmək istəyir

11:48 - 28 İyun 2022

"Qarabağ"ın futbolçusu Kadi Borges "Hapoel" (Beer-Şeva) klubunun maraq dairəsinə düşüb.

Sportal.az İsrailin "Sport5" portalına istinadən xəbər verir ki, "Hapoel" "Qarabağ"la danışıqlara başlayıb. 

Beer-Şeva təmsilçisi Kadi üçün Ağdam klubuna 400 min avro təklif edib. Amma "Qarabağ"ın Kadini İsrail klubuna buraxıb-buraxmayacağı hələ ki, dəqiq deyil.

Xəbər xətti