Məşhur hücumçu "Zirə"nin rəqibinə qoşuldu

18:44 - 28 İyun 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisi təlim-məşq toplanışı üçün Niderlandın Mierlo bölgəsinə yola düşüb.

 

Komanda bu gün "zanbaqlar ölkəsi"ndə ilk məşqini həyata keçirib. İsrail klubunun yeni transferi Eran Zaravi də kollektivə qoşulub. Məşhur hücumçu "Makabi"nin məşqində iştirak edib.

 

Qeyd edək ki, "Zirə" "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda keçiriləcək, cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki baş tutacaq.

Xəbər xətti