"Neftçi"nin potensial rəqibi küçədə məşq etdi - FOTO

15:12 - 11 Avqust 2022

Lixtenşteynin "Vaduts" klubu Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab matçında "Konyaspor"un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, komanda oyundan bir gün öncə qaldığı otelin qarşısında məşq edib. Kollektiv Konya küçələrində qaçdıqdan sonra ərazidə yerləşən parkda digər fiziki hərəkətləri yerinə yetirib.

 

Qeyd edək ki, "Konyaspor" - "Vaduts" matçı bu gecə Bakı vaxtilə saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Cütün qalibi pley-offda "Rapid" - "Neftçi" cütünün güclüsü ilə qarşılaşacaq.

 

 

Resim

Xəbər xətti