"Barselona" onu icarəyə verdi

15:55 - 15 Avqust 2022

"Barselona"nın futbolçusu Aleks Kolyado icarəyə verilib. 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki,  o, "Elçe"də oynayacaq.

Danışıqlara əsasən Kataloniya klubu futbolçunun maaşının 50 faizini ödəyəcək. 23 yaşlı futbolçu növbəti mövsümü "Elçe"də oynayacaq. Yayda isə adıçəkilən klub onun transfer hüququna yiyələnə bilər.

2010-cu ildən "Barselona"da çıxış edən Kolyado ötən mövsümün ikinci yarısını icarə əsasında “Qranada”da keçirib. 

Xəbər xətti