104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş millət vəkili Arzu Nağıyev "Turan Tovuz" klubuna avtobus alınması üçün ianə kampaniyasına qoşulub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, deputat "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun çağırışına qoşularaq 135 manat dəyərində ianə edib.
Tovuzdan olan Arzu Nağıyev kampaniyaya qoşulmaq üçün estafeti "Turan"ın sabiq təsisçisi və prezidenti Vidadi Əhmədov və həmin klubun sabiq vitse-prezidenti Yaşar Sultanova ötürdüyünü bildirib.
Qeyd edək ki, layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.
saytlarin hazirlanmasi