"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, bu matçda qonaq komandanın azarkeşləri stadionda olmayacaq. Plzen təmsilçisi "Qarabağ"a xəbər göndərərək bildirib ki, onların fanatları Bakıya gəlməyəcək.
Belə olan halda Ağdam təmsilçisi UEFA ilə danışdıqdan sonra qonaqlar üçün nəzərdə tutulmuş 2500 bileti də öz azarkeşləri üçün satışa çıxarıb.
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" görüşü sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi