"Nant"ın baş məşqçisi: "Çətin qrupda yer almışıq"

12:46 - 27 Avqust 2022

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Nant"ın baş məşqçisi Antuan Kambuare püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin 58 yaşlı çalışdırıcısı çətin qrupda yer aldıqlarını bildirib:

 

"Qrupdakı ən güclü komanda "Olimpiakos"dur. Çətin qrupda yer almışıq. Çünki biz kiçik barmağıq və avrokuboku yenidən kəşf edəcəyik. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik".

 

Qeyd edək ki, "Qarabağ" G qrupunda "Olimpiakos", "Frayburq" və "Nant"la mübarizə aparacaq

Xəbər xətti