"Nant"ın erməni futbolçusu Bakıya gələcək?

13:52 - 27 Avqust 2022

"Nant"ın erməni əsilli futbolçusu Qor Manvelyan "Qarabağ"a qarşı Avropa Liqası qrup mərhələsinin oyunlarından birini buraxacaq.

Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin 20 yaşlı yarımmüdafiəçi Bakıda keçiriləcək oyuna gəlməyəcək. Bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.

Qor Manvelyan "Nant"ın yetirməsidir. O, bu mövsüm rəsmi oyuna çıxmayıb. Gənc oyunçu Liqa 1-in üç matçında əvvəldən sonadək ehtiyatda qalıb.

 

Qeyd edək ki, "Qarabağ"ın "Nant"la ev oyunu 15 sentyabr tarixində baş tutacaq. Komandalar arasında ikinci matç isə oktyabrın 27-də Fransada keçirləcək.

Xəbər xətti