Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" yeni formalarını təqdim edib.
Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin avroliqa matçlarında istifadə edəcəyi geyimlər sarı və qara rənglərdən ibarətdir. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, "Qarabağ" "Nant"la ilk oyunu sentyabrın 15-də Bakıda keçirəcək. Tərəflər arasındakı növbəti matç oktyabrın 27-də Fransada olacaq.
saytlarin hazirlanmasi