"Frayburq"un futbolçusu: "Qarabağ"a böyük hörmətlə yanaşırıq, amma qorxmuruq"

17:18 - 7 Sentyabr 2022

"Frayburq"un futbolçusu Vinçentso Qrifo Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı italiyalı yarımmüdafiəçi Azərbaycan təmsilçisinəhörmətlə yanaşdıqlarını bildirib. Təcrübəli futbolçu Avroliqada oynadıqlarına görə xoşbəxt olduqlarını deyib:

 

"Bilirik ki, onların fərdi keyfiyyətləri yaxşı olan futbolçuları var. Rəqib yüksək motivasiya ilə gələcək və əllərindən gələni edəcəklər. Biz buna böyük hörmətlə yanaşırıq, amma qorxmuruq.

 

Bəzi oyunçularımızda gərginlik var. Amma bizim milli komandalarda oynayan futbolçularımız var. Onlar beynəlxalq oyunların ritmini bilirlər. Hamımız çox xoşbəxtik. Çünki, keçən il cümə günləri divanda oturmamaq üçün mübarizə aparmışıq. Düşünürəm ki, azarkeşlərimiz yaxşı əhval-ruhiyyədədirlər və sabah oyun saatını səbrsizliklə gözləyirlər. Bizə tam təstək verəcəklər".

Xəbər xətti