Avropa Liqasında qrup mərhələsinin ilk turundan sonra həftənin ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, bu, "Latsio"nun yarımmüdafiəçisi Matias Vesinodur. 30 yaşlı futbolçu səsvermədə "Ferentsvaroş"dan Tokmak Nquen, "Arsenal"dan Markinyos və "Betis"dən Villian Jozenı qabaqlayıb.
Qeyd edək ki, Matias Vesino komandasının "Feyenoord"u 4:2 hesabıyla məğlub etdiyi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi