"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çətin olacaq"

13:59 - 11 Sentyabr 2022

"Nant"ın baş məqşçisi Anton Kombuare klubun rəsmi saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Avropa Liqasında "Qarabağ"la oyun üçün Azərbaycana səfərin çətin olacağını deyib:

 

"Qarabağ"la oyun üçün səyahət çətin olacaq. Məhdudiyyətlər var. Oyundan sonra Fransaya nə vaxt qayıdacağımızı da dəqiq bilmirik. Bu matçda 3 gün sonra da "Lans"la oyunumuz var".

 

Qeyd edək ki, "Qarabağ" - "Nant" oyunu sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti