Millimiz Polşanı darmadağın etdi

19:51 - 11 Sentyabr 2022

Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Polşa yığması ilə qarşılaşan komandamız 6:2 hesablı qələbə qazanıb. Millimizin heyətində Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.

 

Komandamız sabah 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq.

 

Qeyd edək ki, sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək Avropa oyunlarına vəsiqə qazanıb.

Xəbər xətti