"Frayburq"un qapıçısı topdan narazıdı: "Güclü zərbə vurulanda yellənir"

18:17 - 12 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq"un qapıçısı Mark Flekken Almaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı "əlcək sahibi" Avroliqada istifadə olunan topdan narazılığının bildirib. O, güclü zərbə vurulanda topun yelləndiyini deyib:

 

"Sanki bu toplar çoxlu qol vurmaq üçündür. Bu, Bundesliqadakılardan fərqlənir. Dəqiq və güclü zərbə vurulanda yellənir, çətinlik yaradır".

 

Qeyd edək ki, "Frayburq" qrup mərhələsinin ilk turunun oyununda doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin yeganə qolunu Marko Veşoviç vurub.

Xəbər xətti