Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" tanınmış mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.
Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan klubu Loran Blanla danışıqlar aparır. Pirey təmsilçisi fransalı mütəxəssisə 2+1 illik müqavilə təklif edib. 57 yaşlı çalışdırıcı ilə danışıqlar davam edir.
Loran Blan Fransa milli komandasını, "Bordo" və PSJ klublarını çalışdırıb.
Qeyd edək ki, "Olimpiakos" bu gün Karlos Korberanı istefaya göndərib.
"Qarabağ" "Olimpiakos"la ilik oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında ikinci görüş isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi