PSJ və "Yuventus" "Çelsi"nin futbolçusunu istəyir

Mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatan Nqolo Kante komandada qalmaq fikrində deyil.

 

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi London təmsilçisi ilə sözləşməsinin müddətini uzatmayacaq.

 

31 yaşlı futbolçu ilə Avropanın bir neçə klubu yaxından maraqlanır. PSJ və "Yuventus" 2023-cü ilin yayında azad agent statusunda olacaq təcrübəli yarımmüdafiəçini transfer etmək istəyir.

 

Nqolo Kante "Çelsi"yə 2016-cı ilin yayında "Lester Siti"dən transfer olunub. Fransa millisinin üzvü Premyer Liqa klubunun heyıtində meydana çıxdığı 262 matçda 13 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 22 Sentyabr [19:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio