Slovakiya millisinin futbolçusu Milan Şkrinyar UEFA Millətlər Liqasının Azərbaycanla matçından (1:2) sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, "İnter"in müdafiəçisi millimizin ilk hissədə yaxşı oynadığını deyib:
"Rəqib ilk hissədə daha yaxşı təsir bağışladı. Biz isə ikinci hissədə kifayət qədər qol epizodu yaratsaq da, cəmi birindən istifadə etdik. Növbəti matçlarda da ikinci yarıdakı oyunumuzu göstərməliyik".
saytlarin hazirlanmasi