UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turunda səfərdə Slovakiyanı 2:1 hesabı ilə məğlub edən Azərbaycan yığması Bakıya qayıdıb.
Sportal.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Canni De Byazi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "CBC Sport" kanalına açıqlama verib:
"Çox yaxşı oyun keçirdik. Komandadan razı qaldım. Belarusla oyundan sonra 2-ci qələbəni qazanmaq çox vacib idi. Qarşıdakı oyun üçün bərpa olunmalıyıq. Bundan sonra kimlərin oynayacağına qərar verəcəyik".
saytlarin hazirlanmasi