Samir Abasovun "Sumqayıt"dakı köməkçiləri bəlli oldu

20:18 - 26 Sentyabr 2022

Yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün “Sumqayıtın ilk məşqi baş tutub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqdən öncə 44 yaşlı mütəxəssis klub rəhbərliyi tərəfindən kollektivə təqdim olunub. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib.

Samir Abasovun məşqçilər korpusunda Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, Qoran Başiç və Emil Babayev yer alacaq.

Xəbər xətti