UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin I mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, oktyabrın 4-də, saat 17:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Arda Kardeşler
Baş hakimin köməkçiləri: Mehmet Emin Tugral, Süleyman Özay
Dördüncü hakim: Kamal Umudlu