"Olimpiakos"un daha bir futbolçusu zədələndi

12:57 - 29 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un heyətində daha bir itki baş verib.

 

Sportal.az xəbər verir ki, Pirey təmsilçisinin müdafiəçisi Usseynu Ba zədələnib. 26 yaşlı futbolçunun durumuna bu gün tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Yunanıstan klubunun digər müdafiəçisi Panayotis Retsos da zədələnib və o, Ağdam təmsilçisi ilə ilk matçı buraxacaq. Qapıçı Tomaş Vatslik isə zədə səbəbindən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti