AFFA italiyalı məşqçi ilə müqavilə imzalayacaq

17:09 - 29 Sentyabr 2022

Gələn həftə AFFA İcraiyyə Komitəsinin millinin baş məşqçisinin kimliyinə aydınlıq gətirmək üçün iclası baş tutacaq.

Sportal.az saytına verilən məlumata görə, milli komandamızın baş məşqçi postunda dəyişiklik edilməyəcək.


AFFA ilə müqavilə müddəti sabah başa çatacaq Canni De Byazi ölkəmizi tərk etməyəcək. Belə ki, italiyalı mütəxəssisə yeni müqavilə təklif edilib. De Byazi ilə müqavilə müddətinin uzadılacağı gözlənilir.

​2020-ci ildən milli komandamızı çalışdıran 66 yaşlı məşqçi yığmanı AÇ-2024-ün seçmə mərhələsinin oyunlarına hazırlayacaq.

Xəbər xətti