"Olimpiakos" daha bir futbolçusunu itirdi

20:07 - 30 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un heyətində növbəti itki baş verib.

 

Sportal.az xəbər verir ki, Yunanıstan klubunun yarımmüdafiəçisi Xames Rodriqes sıradan çıxıb. 30 yaşlı vinger Kolumbiya millisinin Meksika ilə keçirdiyi yoldaşlıq oyununda (3:2) zədələnib.

 

"Olimpiakos"un qapıçısı Tomaş Vatslik, müdafiəçilər Panayotis Retsos və Usseynu Ba da zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. Marselonun isə oynayıb-oynamayacağı dəqiq deyil.

 

Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti