Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un baş məşqçisi Mitçel komandanın müdafiəçisi Marselo haqda danışıb.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis braziliyalı futbolçunun hələ tam hazır olmadığını deyib:
"Marselo oynamağa yaxındır. Lakin komanda ilə cəmi üç dəfə məşq edib. Biz onu qorumaq istəyirdik. Dünən Marselonu ofisə dəvət edib söhbət etdim. O, qərarımı öyrənəndə qəzəbləndi. Çünki düşünürdü ki, artıq oyuna çıxacaq. O, ulduzdur, böyük klubdan gəlib. Amma qəlbinin dərinliyində öz işini çox yaxşı bilir".
Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi