AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.
Sportal.az xəbər verir ki, o, UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda keçiriləcək “Trabzonspor” – “Monako” oyununda UEFA Matç direkroru (UEFA Venue Director) qismində çalışacaq.