"Olimpiakos"da şok itki: Hücumçu "Qarabağ"la matçları buraxacaq

15:57 - 3 Oktyabr 2022

"Olimpiakos"un Yunanıstan çempionatının 6-cı turunun "Atromitos"la matçında (2:0) zədələnən hücumçusu Yussef Əl-Arabinin durumu bəlli olub.

 

Sportal.az xəbər verir ki, tibbi müayinədən keçən 35 yaşlı forvardın zədəsinin ciddi olduğu müəyyənləşib. Mərakeşli futbolçunun diz bağlarında problem aşkarlanıb. O, azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Bu isə təcrübəli oyunçunun Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la hər iki matçını buraxacağı deməkdir.

 

Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti