Matyö Valbuena: "Qarabağ"la oyunda qalib gəlməliyik"

19:32 - 5 Oktyabr 2022

"Olimpiakos"un futbolçusu Matyö Valbuena Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Azərbaycan klubu ilə matçda qalib gəlməli olduqlarını bildirib:

 

"Mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidir. Oynasam, qələbə üçün əlimdən gələni edəcəyəm. Sabah klubumuzun böyük tarixini göstərməli və oyunda qalib gəlməliyik. Tamamilə matça köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq".

 

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti