"Qarabağ"ın veteran futbolçusu Danilo Diaş Ağdam klubunun bu gün Avropa Liqasının üçüncü turunda "Olimpiakos"a qarşı keçirəcəyi oyundan əvvəl Sportal.az saytına açıqlama verib.
Portuqaliyalı Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv üçün "Olimpiakos"la görüşlərin önəmli olmasından söz açıb. Onun fikrincə Pireydə və Bakıdakı qarşılaşmalar "Qarabağ" qrupdakı taleyini həll edəcək:
"Hər şeydən öncə "Qarabağ"a "Olimpiakos"la görüşdə uğurlar arzulayıram. Komanda son turda "Nant"a qalib gəlib və iddiasını ortaya qoyub. "Olimpiakos"la matçlar "Qarabağ"ın qrupda hansı pilləni tutacağına aydınlıq gətirəcək. Evdə mütləq Yunanıstan klubuna qalib gəlmək lazımdı. Pireydə isə heç-heçə də “Qarabağ”a bəs edə bilər. Ümidvaram ki, daha da yaxşı nəticə olar. Amma səfərdəki matçda bir xal da pis deyil. Amma "Qarabağ" güclüdü və bunu da sübut edib. Səfər matçında da qələbə istəyə bilərlər. Ümid edirəm ki, hər şey "Qarabağ"ın istədiyi kimi alınacaq".
"Qoyas", "Maritimo" klublarında oynadıqdan sonra, Diaş 2014/2015 mövsümündə "Qarabağ" forması geyinib. O, artıq aktiv futbolçu karyerasını başa vurub.
Mirbağırağa