"Olimpiakos"un kapitanı: "Rəqib kimi əks-hücumlara bel bağlamırdıq"

14:12 - 7 Oktyabr 2022

"Olimpiakos"un kapitanı Andreas Buxalakis Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la oyunundan (0:3) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Azərbaycan klubunun əks-hücumlara bel bağladığını deyib:

 

"Erkən qol vurmağa, tempimizi artırmağa, qələbə qazanmağa çalışdıq. Daha da güclənmişdik, fiziki formamız da qaydasında idi. Ola bilsin ki, daha çox açıldıq və boşluqlar verdik. Qələbə istəyirdik. Rəqib kimi əks-hücumlara bel bağlamırdıq. Deməyə sözümüz yoxdur. Məyusuq. İndi etməli olduğumuz şey imicimizi yaxşılaşdırmaq və irəli getməkdir".

Xəbər xətti