"Olimpiakos"un futbolçusu Marselo Avropa Liqası qrup mərhələsinin üçüncü turunun "Qarabağ"la oyunu (0:3) haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, braziliyalı sol cinah müdafiəçisi matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib. 35 yaşlı futbolçu debütünün gözlədiyi kimi olmadığını qeyd edib:
"Demək olar ki, 5 ay oynamayandan sonra geri qayıtmaq asan deyil. Amma mən qayıdacağam. Lakin bəhanə yoxdur! Bu, mənim gözlədiyim debütüm deyildi. Əminəm ki, bundan sonra yaxşı olacaq".
saytlarin hazirlanmasi