Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçında azarkeşləri təhtiq edən Pape Abu Sisse "Olimpiakos" rəhbərliyi tərəfindən cəzaya məruz qalıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində meydanı tərk edərkən azarkeşlərin onu fitə basmasına söyüşlə cavab verən seneqallı yarımmüdafiəçi əsas komandadan kənarlaşdırılıb.
Bu barədə Pirer təmsilçisinin baş məşqçisi Miçel Qonsales qərar verib. İspan mütəxəssis 27 yaşı futbolçunu qeyri-müəyyən müddətə əsas komandadan qovub.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"u 3:0 hesabıyla məğlub edib. Komandalar arasındakı növbəti matç oktyabrın 13-də Bakıda olacaq.