"Qarabağ" - "Olimpiakos": Biletlər tükənir

19:17 - 11 Oktyabr 2022

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” (Yunanıstan) matçına 29 min bilet satılıb.

 

Sportal.az xəbər verir ki, sabahdan etibarən son 2 min bilet satışda olacaq.

 

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

 

29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.

 

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ”ın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Xəbər xətti