"Olimpiakos"un müdafiəçisi: "Sabah meydana qələbə üçün çıxacağıq"

17:48 - 12 Oktyabr 2022

"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin dördüncü turu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Yunanıstan klubunun müdafiəçisi Usseynu Ba açıqlama verib: 

 

- Təssüf ki, ilk matçda məğlub olduq. Öz meydanımızda uduzmağa öyrəşməmişik. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq.

 

- Yeni baş məşqçiniz var. Sizi sabahkı görüşə necə hazırlaşdırıb?

- İlk matçdan sonra baş məşqçi bizimlə danışdı. Sabah fərqli səviyyəli futbol göstərəcəyik, aqressiv oynayacağıq, yaxşı nəticə qazanmağa çalışacağıq.

 

- Sabah qələbə qazana biləcəksiz?? 

- Sabah fərqli atmosfer olacaq. Revanş almağa çalışacağıq. Azarkeşlərimizə sübut etmək istəyirik ki, biz böyük klubun böyük oyunçularıyıq. Sabah meydana qələbə üçün çıxacağıq.

 

- Adətən komandanız evdə qələbə qazanmayanada səfərdə daha yaxşı oynayır. Bu barədə nə deyə bilərsən?

- İlk qarşılaşmada yeni oyunçularımız çox idi. Buna görə də komanda oyunu göstərə bilmədik. İndi vəziyyət fərqlidir. Sabah istədiyimizə nail olacağımıza inanıram.

 

Mirbağırağa

Xəbər xətti