Məşhur futbolçu Bakıda "Qarabağ"ın oyununu izləyəcək - FOTO

20:06 - 13 Oktyabr 2022

Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Azərbaycana gəlib.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın skautu İlqar Qurbanov instaqram profilində paylaşım edib. 

 

Veteran yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq Avropa Liqası qrup mərhələsi 4-cü turunun "Qarabağ" - "Olimpiakos" matçını izləyəcək.

 

Qeyd edək ki, Kristian Karambö ölkəsində "Nant", "Bastiya", İspaniyada "Real", İngiltərədə "Midlsbro", Yunanıstanda "Olimpiakos", İtaliyada "Sampdoriya"da çıxış edib.

 

Xəbər xətti