Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın yer aldığı G qrupunda "Nant" doğma meydanda "Frayburq"u qəbul edib. Qarşılaşma Almaniya təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 12-yə yüksəldən "Frayburq" növbəti mərhələyə vəsiqəni təmin edib. "Nant" isə 3 xalla qrupda 3-cü yerdədir.
"Nant" (Fransa) - "Frayburq" (Almaniya) - 0:4
Qollar: L.Kubler, 26, M.Qreqoriç, 71, K.Şeyd, 82, Vu Yenq, 87
saytlarin hazirlanmasi