Azərbaycanlı hakim Əliyar Ağayev beynəlxalq arenada növbəti qarşılaşmanı idarə edib.
Sportal.az xəbər verir ki, FIFA referisi Avropa Liqasında D qrupunun 4-cü turunun "Yunion" (Belçika) - "Braqa" (Portuqaliya) matçının baş hakimi olub.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli ya xətt hakimi qismində köməklik göstərib. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
"Yunion" - "Braqa" görüşü 3:3 hesablı bərabərliklə başa çatıb. Azərbaycanlı hakim komandalardan hərəsinin iki futbolçusuna sarı vərəqə göstərib.
saytlarin hazirlanmasi