"Olimpiakos"un qapıçısı: "Qələbə qazana bilərdik"

11:36 - 14 Oktyabr 2022

"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin dördüncü turunda səfərdə "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra Yunanıstan klubunun qapıçısı Aleksandros Pasxalakis yerli mətbuata açıqlama verib. 33 yaşlı qolkiper oyunun yaxşı keçdiyini bildirib:

 

"Qələbə qazana bilərdik. 3 xal istəyirdik, 1 xal qazandıq. Oyunun daha gərgin keçəcəyini düşünürdüm, amma yaxşı oldu. Komandama kömək etməyi bacardım. İlk andan məni isti qarşılayan komanda yoldaşlarıma təşəkkür edirəm”.

Xəbər xətti